Tibbi huquqi xidmətlər

Peşəkar hüquqşünaslarımız və təcrübəli tibbi mütəxəssislərimiz bütün hüquqi məsələlərin həllində Sizə yardımçı olmağa hazırdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində fəaliyyət göstərən bütün səhiyyə müəssisə, idarə və təşkilatlarında:

kargüzarlığın aparılması, kadr işinin təşkili, müqavilələrin hazırlanması
müxtəlif sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi
əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilər və işəgötürənlərin hüquq və vəzifələrini tənzimləyən normalarla bağlı suallar üzrə məsləhətlərin verilməsi
dinindən, əqidəsindən, cinsindən, irqindən, milliyyətindən, dilindən, yaşayış yerindən, əmlak vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşından, ailə vəziyyətindən, siyasi baxışlarından və təhsilindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının təklif, ərizə və şikayətlərinin baxılması və cavablandırılması
tibb müəssisəsində hüquq xidmətinin yaradılması və dəstəklənməsi