Peşəkar və keyfiyyətli tərcümə

 

5 ildən artıq Azərbaycanın tibbi məsləhət və təlim-tədris sahəsində çalışan UptodateİnMedicine MMC tərəfindən təklif edilən peşəkar tərcümə xidmətləri öz keyfiyyəti ilə seçilir.
Ölkə daxilində, habelə ABŞ, Rusiya Federasiyası, Türkiyə, Almaniya və Böyük Britaniyada çalışan 10-dan çox mütəxəssisimiz tibbi sənədlərin Azərbaycan, İngilis, Rus, Alman və İvritə keyfiyyətli peşəkar tərcüməsini həyata keçirir.
Şirkətimizin daxili keyfiyyətə nəzarət sistemi Sizin sənədlərinizin ən yaxşı səviyyədə və beynəlxalq standartlara, o cümlədən, xarici ölkələrin xəstəxanaları, tibb cəmiyyətlərinin qaydalarına uyğun tərcüməsini təmin etməyə imkan verir.

 

Şirkətimiz Sizin tibbi sənədlərinizi ən qısa vaxtda və keyfiyyətli tərcüməsini təmin edir

 

  • Xəstələr, xəstəxanalar, həkimlər və farmsevtik şirkətlər üçün tibbi sənədlərin tərcüməsi.
  • Xəstələr üçün İngilis, Rus, Azərbaycan və Alman dillərində tərcümə xidmətləri (canlı və ya telefon vasitəsilə).
  • Klinik təlimatlar, metodik vəsaitlər, protokollar, xəstəlik tarixləri, epikrizlər və s. sənədlərin ABŞ, Türkiyə, Almaniya, Rusiya Federasiyasının tələb və qaydalarına uyğun tərtibatı, tərcüməsi və redaktəsi.
  • Tibbi hüquqi sənədlərin hazırlanması, redaktəsi və tərcüməsi.
  • Tibbi kitabların, dissertasiyaların, monoqrafiyaların və elmi məqalələrin tərcüməsi.
  • Xarici ölkələrin mütəxəssisləri ilə aparılan canlı və ya internet-əsaslı konsultasiyalarda tərcümə.

 

Tibbi Tərcümədə Təcrübə

 

Şirkətimiz asan və ən mürəkkəb sənədlərin və tibbi materialların yazılı və şifahi tərcüməsində böyük təcrübəyə malikdir. Klinik təbabət, biokimya, biotexnologiya, ictimai səhiyyə, farmakologiya, toksikologiya və digər yanaşı sahələrdə olan peşəkar və təcrübəli mütəxəssislərimiz Sizin sənədlərinizin ən yüksək keyfiyyət standartlarına uyğun tərcüməsini təmin edir.
Etibarlı, təcrübəli və müştərinin maraqlarını üstün saxlayan şirkətlə işləmək istəyirinizsə, UptodateİnMedicine MMC-nin Tibbi Tərcümə Xidmətləri ilə əlaqə saxlayın.

 

Biz aşağıdakı sənədlərin tərcüməsini təmin edirik:

 

  • Klinik protokollar, təlimatlar, metodik vəsaitlər, klinik rəhbərliklər
  • Xəstələr üçün nəzərdə tutulmuş məlumat materialları (buklet, plakat, liflet, broşüra və s.)
  • Tibbi xidmətlər sahəsində tender sənədləri
  • Tibbi internet səhifələrdə olan məlumatlar
  • Tibbi avadanlıq və cihazlar üçün təlimat broşürları
  • Xəstəlik tarixi, epikriz, tibbi statistik formalar, həkim-konsultantların qeydləri, tibbi hesabatlar və s.
  • Vaksinasiya və immunizasiya pasportu
  • Dərmanların istifadəsinə dair təlimatlar
  • Tibbi elmi jurnallar, məqalələr, elmi kitablar
  • Tibb şirkətləri və ya tibbi təşkilatların hesabatları, daxili bülletenləri və s.
  • Laborator analizlərə dair sənədlər

Səhiyyə müəssisələri, o  cümlədən, dövlət və özəl xəstəxanalar, poliklinikalar, lisenziya əsasında fərdi çalışan həkimlər və orta tibb personalının, habelə bir-başa və dolayısı ilə səhiyyə təşkilatları ilə sıx təmasda fəaliyyət göstərən və ya biznes tərəfdaşlığı olan qurumların sadə və mürəkkəb hüquqi məsələlərin həllində peşəkar hüquqşünasların yardımı və məsləhətlərinə böyük ehtiyacı vardır. Müasir dövrdə uğurlu olmaq üçün tibb müəssisələri həm milli, həm də beynəlxalq normalara, qayda və tələblərə uyğun fəaliyyətini tənzimləməyə məcburdur. Müştəri münasibətləri, ekspertizalar, şikayətlər, hüquqi müstəvidə baş verən münaqişələr və ziddiyyətlər tibb müəssisələrinin və həkimlərin qarşılaşdığı çətinliklər və çağırışlar artıq səhiyyə biznesinin tərkib hissəsinə çevrilməkdədir.

Peşəkar hüquqşünaslarımız və təcrübəli tibbi mütəxəssislərimiz bütün hüquqi məsələlərin həllində Sizə yardımçı olmağa hazırdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində fəaliyyət göstərən bütün səhiyyə müəssisə, idarə və təşkilatlarında:

  • kargüzarlığın aparılması, kadr işinin təşkili, müqavilələrin hazırlanması
  • müxtəlif sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi
  • əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilər və işəgötürənlərin hüquq və vəzifələrini tənzimləyən normalarla bağlı suallar üzrə məsləhətlərin verilməsi
  • dinindən, əqidəsindən, cinsindən, irqindən, milliyyətindən, dilindən, yaşayış yerindən, əmlak vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşından, ailə vəziyyətindən, siyasi baxışlarından və təhsilindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının təklif, ərizə və şikayətlərinin baxılması və cavablandırılması
  • tibb müəssisəsində hüquq xidmətinin yaradılması və dəstəklənməsi

Tibb elmləri sahəsində elmi, elmi-praktik və ya elmi-kütləvi jurnal nəşr etmək istəyirsiniz? Çalışdığınız tibb müəssisəsinin internet bloqu və ya elektron bülletenini yaratmaq istəyirsiniz?

Uptodate İn Medicine MMC-nin Jurnal Nəşri xidməti bu işlərdə Sizə yardımçı olmağa hazırdır.

Tibb jurnalının nəşri ilə bağlı sual və sifarişlərinizi e-poçt vasitəsilə və ya aşağıdakı formanı doldurmaqla bizə göndərə bilərsiniz. Məktubunuzu aldıqda sonra nümayəndəmiz Sizinlə əlaqə saxlayacaqdır.

E-poçt: elmi.jurnallar@gmail.com

 

Hazırladığımız bir neçə onlayn nəşrlər:

Milli və xarici tibbi jurnallara məqalənizi və ya abstraktınızı göndərmək istəyirsiniz? Xarici dildə sənəd, kitab, buklet və ya liflet hazırlamısınız?

Uptodate İn Medicine MMC-nin Redaktə Xidməti İngilis, Azərbaycan və Rus dillərində yazılmış materialların peşəkar, keyfiyyətli və sürətli redaktəsini həyata keçirir. Redaktə işləri tibb elmləri sahəsində çalışan dilin daşıyıcıları tərəfindən aparılır.

Redaktə xidməti dedikdə, müəyyən dildə yığılmış mətnin və ya tərcümə edilmiş mətnin redaktəsi, səhvlərinin yoxlanılması, orfoqrafik və leksik səhvlərin aradan qaldırılması başa düşülür.

Xidmətdən faydalanmaq üçün redaktə olunacaq sənədi şəxsi kabinet vasitəsilə bizə göndərin.

Uptodate In Medicine’s Konsaltinq Xidmətlərində, məsləhətçilərimiz səhiyyə təşkilatlarına uğurla inkişaf etməkdə, mövcud və qarşıdakı ehtiyaclara uyğunlaşmağa və problemlərin aradan 

qaldırılmasında yardım göstərməyə çalışırlar. Biz ictimai səhiyyəyə səmərəli keçid, fərdi tibb anlayışını inkişaf etdirmək, ümumi qayğı xərclərini idarə etmək, biznes strukturlarını rasionallaşdırmaq, düzgün texnologiyaların əhatə edilməsi və proseslərin və xidmətlərin prioritetləşdirilməsi daxil olmaqla, kompleks məqsədlərə nail olmaq üçün düzgün strategiyaları inkişaf etdirmək və tətbiq etməkdə mülkiyyətindən və ölçüsündən asılı olmayaraq, bütün növ səhiyyə müəssisələrinə kömək edirik.

Aparıcı səhiyyə təşkilatlarının əksəriyyəti ilə əməkdaşlıq edərək, ekspertlər və məsləhətçilər qrupumuz strateji, təşkilati və əməliyyat vəzifələrinin müəyyənləşdirilməsi və aşkar edilən problemlərin  həllində təcrübədən keçirilmiş bilik və bacarıqlara malikdir. Azərbaycanda səhiyyə bazarında yaşanan problemlər, çətinliklər və imkanlar barədə dərin düşüncələrimiz və təhlillərimiz, müştərilərimizin bu sahədə davamlı və diqqətəlayiq liderliyini təmin etmək üçün onlara doğru strateji seçimlər etməsinə imkan verir.

 

Səhiyyə sənayəsi üçün əsas biznes xidmətlərimiz:

 

Sizə yardımçı olmaqdan şərəf duyuruq! 

Müştərilərimiz müxtəlif səbəblərlə bizi axtarırlar. Bu səbəblərdən bəziləri strateji məqsədləri planlaşdırmaq, əməliyyat problemlərini qiymətləndirmək, keyfiyyətli klinik xidmətlərin göstərilməsi, monitorinq və qiymətləndirmə prosedurlarının tətibiqi, çoxsaylı klinik və inzibati xidmətlər üçün prosedurlar üzrə standartlar hazırlamaq və ya təşkilatın inzibati və maliyyə idarəçiliyinə kömək etməklə bağlı ola bilər. Lakin, bütün hallarda məsləhətçilərimiz hər bir layihəyə peşəkar təcrübə, texniki qabiliyyət, həvəs və enerji gətirir.

Geniş çeşidli konsaltinq xidmətləri ilə bağlı unikal ehtiyaclarınızı müzakirə etmək və bütün suallarınıza cavab verməkdən məmnun olarıq.

Bizimlə bu e-poçt ünvanı və ya 994-50-349-29-48 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Siz həmçinin aşağıdakı formanı doldurub göndərməklə bizimlə əlaqə yarada bilərsiniz.

Həyat naminə Öyrən və Tətbiq et...

 

UPTODATE IN MEDICINE Sizi Amerika Ürək Assosiasiyasının (AHA - American Heart Association) ACLS, BLS və PALS beynəlxalq sertifikatlaşdırılmış təlim kurslarından keçməyə dəvət edir. Bütün kurslar AHA Beynəlxalq Təlim Mərkəzi (AHA İnternational Training Center) kimi tanınmış Uptodate İn Medicine tərəfindən təşkil olunur. Təlimlər AHA tərəfindən sertifikatlaşdırılmış ACLS, BLS və PALS İnstruktorları tərəfindən keçirilir və iştirakçılara bütün dünyada tanınan və qəbul olunan AHA-nın rəsmi sertifikatları (kartları) verilir.

 

Uptodate In Medicine tərəfindən keçirilən AHA Beynəlxalq Kursları 

Bu kurslara qatılma məqsədi AHA sertifikatının alınması olmamalıdır. Kursdan asılı olaraq, iştirak edənlər AHA-nın kəskin və xronik ürək-damar, beyin-damar və ağciyər xəstəliklərinin ilkin menecmentini öyrənəcək, ürək-damar və beyin-damar hadisələrində farmakoterapiyanın incəliklərinə varacaq, meqakod simulyasiyalar vasitəsilə pasiyentin/zərərçəkmişlərin menecmentində komanda işinə yiyələnəcəkdir.

 

Təməl Həyata Dəstək Kursu/İlk Yardım - Basic Life Support (BLS). 

Bu kurs tibb və qeyri-tibb işçilərinə, sıravi vətəndaşlar üçün nəzərdə tutulub. Kursun məqsədi xəstəxanaya qədər, yəni evdə, küçədə, ictimai yerlərdə, habelə xəstəxanada və ya tibbi müəssisəsində baş verən ürək dayanması, insult və tənəffüs çatışmazlığı hallarında ilk yardımın göstərilməsini, tənəffüs yollarının qorunması və keçiriciliyinin təmin edilməsini öyrətməkdir. Kursda həm böyüklər, həm də uşaq və körpələrdə ilk yardımın əsasları öyrədilir. 

  • İlk yardım həyatını xilas edir. Əsas ilk yardım həyat və ölüm arasındakı fərqi ifadə edə bilər. Tədqiqatlar göstərir ki, təcili tibbi yardım ambulansları gələnədək zərərçəkmişlərə göstərilən düzgün və keyfiyyətli ilk tibbi yardım, onlar arasında qeydə alınan bütün ölüm hallarının 59%-nin qarşısını almağa kömək edir.
  • Heç birimiz bizi və ya yaxınlarımızı gələcəkdə nə gözlədiyini bilmirik. Ürək dayanması, infarkt, insult, ağır qanaxma, boğazda yad cismin qalması və ya suda boğulma  və s. bu kimi qəfil hallar dərhal diqqət və müvafiq tədbirlərin görülməsini tələb edir. BLS kursu Sizə həmin hallarda nələri etməyə öyrədəcək və Sizi müvafiq bacarıqlarla təmin edəcəkdir.
  • İlk tibbi yardım qanaxma, yanıqlar, tənəffüs çatışmazlığı, heyvan və ya həşərat dişləmələri, insult, bayılma və huşun itirilməsi zamanı zərərçəkmişə göstərilən ilk tibbi yardımı özündə ehtiva edir. BLS bacarıqları sayəsində Siz həyatın Sizə qarşı atdığı hər hansı bir təxirəsalınmaz vəziyyətə daha yaxşı hazır ola bilərsiniz.
  • Təəssüf ki, hər il uşaqların bəziləri xəstəxanadan kənar ürək dayanması və ya tənəffüs çatışmazlığına məruz qalır. Valideynlər, tərbiyəçilər, müəllimlər və uşaqlarla işləyən istənilən şəxslər, təcili tibbi hallarda körpələrin və yuxarı yaşlı uşaqların sağ qalmasına ciddi təsir göstərə bilən CPR yəni ürək-ağciyər reanimasiyası bacarıqlarına yiyələnməlidir. Amerika Ürək Assosiasiyasının BLS kursu Sizə körpədə və yuxarı yaşlı uşaqlarda ürək-ağciyər reanimasiyasının aparılmasını öyrədir.

 

Qeyri-tibb işçiləri üçün, habelə həkimlər, rezidentlər və orta tibb personalı üçün ACLS, PALS və BLS kurslarını sifariş edə bilərsiniz. Kurslar Bakının mərkəzində yerləşən komfortlu müasir avadanlıqla təchiz olunmuş təlim-tədris mərkəzimizdə keçirilir və ya Sizin müəssisədə (baxça, məktəb, universitet, iaşə obyekti, xəstəxana və ya klinikanızda) təşkil edilə bilər. 

                     



 

Təkmil Həyata Dəstək Kursu - Advanced Cardiovascular Life Support (ACLS). 

Amerika Ürək Assosiasiyasının Təkmil Kardiyovaskular Həyat Dəstəyi - ACLS təlimi kursu özündə BLS (Təməl həyata dəstək) bacarıqlarını və eləcədə komanda şəklində aparılan ilkin reanimasiya və intensiv terapiya tədbirlərini ehtiva edir.

  • Kursun içindəkilər: Kursda miokard infarktı, insult, aritmiyalar, ürək dayanması, peysmeykerin istifadəsi və kardiovaskulyar və pulmonar farmakoterapiyaya geniş yer ayrılıbdır.
  • Nəzəri biliklərlə yanaşı kursda intensiv praktik bacarıqların öyrədilməsinə diqqət verilib. 
  • Kursun sonunda yazılı imtahan və Meqakoddan ibarət bacarıqların yoxlanması üçün real klinik halların simulyasiyaları tətbiq edilir.

 

Həkim, orta tibb personalı, tibb tələbələri və rezident-həkimlər üçün

AHA ACLS, BLS və PALS kursları fərdi tibb işçilərinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, xəstəxanalarda göstərilən tibbi yardımın keyfiyyəti və klinik nəticələrin yaxşılaşdırılmasına ciddi müsbət təsir göstərir. Bu kurslarda iştirak təcili və təxirəsalınmaz halların idarə olunması və komanda işinə dair bir xəstəxanadaxili mədəniyyətin formalaşdırılmasına əhəmiyyətli təsir göstərir. 
 

Xəstəxana və Klinikalar üçün
Bu səbəbdən də, xəstəxana və klinikaları əməkdaşlığa dəvət edirik. Həkimlər və orta tibb personalınız üçün ACLS, PALS və BLS kurslarını sifariş edin. Kursları Bakının mərkəzində yerləşən komfortlu müasir təlim mərkəzimizdə və ya Sizin xəstəxana və klinikanızda keçirilməsini sifariş edə bilərsiniz. 

 

      



 

Pediatric Advanced Life Support (PALS). 

This course is intended for medical professionals, including physicians, nurses, nurse practiotioners, physician assistants, paramedics. In this course the students learn a systematic approach to assessing pediatric patients, the PALS treatment algorithms, and effective cardiac and pulmonary resuscitation techniques for children, including pediatric pharmacology, pediatric ECG and dysrhythmia management.

  • Respiratory failure and shock are the most common causes of cardiopulmonary arrest in the pediatric population. Their management, along with the management of other cardiac dysrhythmias, pulseless electrical activity (PEA), and asystole are essential goals of pediatric resuscitation. 

  • Many physicians and nurses do not posses necessary skills and knowledge for pediatric and infant CPR. 



 

Courses for AHA instructors. 

This is where the teachers for all of the courses above learn how to teach them. AHA instructors are required to continue their training to stay current on all techniques. 

 

AHA BLS Instruktor Kursu

Tibb və qeyri-tibb müəssisələrində digərlərinə təməl həyat dəstəyi üzrə kurs keçmək istəyən şəxslər Təməl Həyat Dəstəyi - AHA BLS İnstruktor Kursunu müvəffəqiyyətlə tamamlamalıdır. BLS İnstruktor Kursunda iştirakçılara kursun keçirilməsi qaydaları, ürək-ağciyər canlandırılması üzrə dərinləşdirilmiş bilik və bacarıqlar öyrədilir, inzibati və təşkilati məsələlər izah edilir, imtahan və qiymətləndirmənin aparılması təcrübəsi aşılanır. 

Kursun məzmunu:

• Kursun məzmunu 2015 ECC və CPR Təlimatları əsasında qurulub
• Ürək-ağciyər canlandırılmasının öyrədilməsi texnikası, avadanlıq və metodikaların istifadəsi
• Komanda işinin qurulması və dinamikası, liderlik bacarıqları və digər bacarıqların aşılanması
• Real həyatda baş verə bilən klinik ssenarilər əsasında aparılır

Hədəf auditoriyaya daxildir:
Bütün tibb işçiləri, o cümlədən, həkimlər, orta tibb personalı, fiziki terapevtlər, tənəffüs terapevtləri, peşə terapevtləri, eczaçılar, paramediklər, feldşerlər, təcili tibbi yardım mütəxəssisləri, ictimai səhiyyə mütəxəssisləri, yanğın söndürənlər, hərbi tibb işçiləri, habelə rezident-həkimlər və tibb tələbələri.

Bu kurs ilk növbədə tibb müəssisələrində davamlı olaraq həmkarlarına təməl həyata dəstəyinə dair təlim vermək istəyənlərə yönəldilmişdir. Bu kursu keçmək istəyənlər adətən həkim, orta tibb işçisi, rezident, yuxarı kurs tibb tələbəsi olur.

Tələblər:

  • BLS İnstruktor kursuna qatılmaq istəyən şəxs son 12 ay ərzində BLS provayder yəni Təməl Həyat Dəstəyi kursunu müvəffəqiyyətlə bitirmiş və "AHA BLS provider" sertifikatına sahib olmalıdır.
  • Online yəni internetdə BLS instruktor üçün xüsusi təlimat kursunu bitirmək. 
  • Fiziki cəhətdən gün ərzində bir neçə dəfə CPR yəni ürəyin xarici masajını aparmağı bacarmalıdır.

Kurs DVD, mühazirələr və praktiki məşğələlər vasitəsilə aparılır. Kurs İngilis dilindədir və Azərbaycan dilinə tərcümə ilə aparılır.

Müddət və qiymətləndirmə.

Kursun bir günlükdür. Tamamlandıqdan sonra iştirakçılar - "instruktor namizədlər" kimi təyin olunurlar. BLS İnstruktor statusunu qazanmaq üçün hər bir iştirakçı üç pilləli monitorinq prosesini başa çatdırmalıdır. 

Sertifikatlaşdırma.

Bu kursu və monitorinq prosesini müvəffəqiyyətlə başa vurduqdan sonra iştirakçılara Amerika Ürək Assosiasiyasının BLS İnstruktor sertifikatı verilir. Bu sertifikatlar 2 il müddətində etibarlıdır. Ayrıca qeyd etmək lazımdır ki, kurs Amerika Ürək Assosiasiyası tərəfindən akkreditasiya olunduğundan və Uptodate İn Medicine Təlim Mərkəzində keçirildiyindən BLS İnstruktor kartı beynəlxalq miqyasda tanınır.