Haqqımızda
UPTODATE IN MEDICINE
BAKIDA TİBBİ KONSALTİNQ XİDMƏTLƏRİ
Faydalanacağınız Təcrübə və Mütəxəssis Qrupu
İllərlə zəngin təcrübə və bilik toplamış milli
və beynəlxalq mütəxəssislər komandamız Sizə səhiyyə sistemində keyfiyyət və
akkreditasiya, strateji planlaşdırma, layihə menecmenti və dizaynı mövzularında
dəstək olacak.
Onlar həkim, inzibatçı və tibbdə keyfiyyətə nəzarət
mütəxəssisləri olaraq, ölkəmizdə və ölkədən kənarda tibbi konsaltinq sahəsində ən
uğurlu nəticələr əldə etməyə müvəffəq olur.
Məxsusi Ehtiyaclarınızı Qarşılayan Dəstək
Bütün verdiyimiz tövsiyələr və göstərdiyimiz
texniki dəstək hər bir tibb müəssisəsi və ya fərdi praktiki həkimlik fəaliyyəti
ilə məşğul olan tibb işçisinin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulur.
Yanaşmamız həmişə mütəşəkkil və effektivdir. Müştərilərimiz və tərəfdaşlarımızla
səmərli iş birliyi qurduğumuz üçün onlara verdiyimiz dəstək elə ilk addımlardan
bəlli olur.
Konsaltinq Xidmətləri
Uptodate In Medicine MMC-nin Konsaltinq Xidmətləri,
məsləhətçilərimiz səhiyyə təşkilatlarına uğurla inkişaf etməkdə, mövcud və
qarşıdakı ehtiyaclara uyğunlaşmağa və problemlərin aradan qaldırılmasında
yardım göstərməyə çalışırlar. Biz ictimai səhiyyəyə səmərəli keçid, fərdi tibb
anlayışını inkişaf etdirmək, ümumi qayğı xərclərini idarə etmək, biznes
strukturlarını rasionallaşdırmaq, düzgün texnologiyaların əhatə edilməsi və
proseslərin və xidmətlərin prioritetləşdirilməsi daxil olmaqla, kompleks məqsədlərə
nail olmaq üçün düzgün strategiyaları inkişaf etdirmək və tətbiq etməkdə
mülkiyyətindən və ölçüsündən asılı olmayaraq, bütün növ səhiyyə müəssisələrinə
kömək edirik.
Konfrans və Simpoziumlar
Uptodate In Medicine MMC Azərbaycanda
tibb sahəsində müxtəlif konfranslar,
simpoziumlar, təlim və seminarlar təşkil edir. Bu tədbirlərin təşkilinin əsas məqsədi
tibb işçilərinin davamlı tibbi təhsilinə dəstək olmaq, onların bilik və
bacarıqlarını artırmaq, ölkədə və xaricdə olan həmkarları ilə əməkdaşlıq
platforması yaratmaqdır.
Tibbi Konfransların Təşkil Edilməsi
Uptodate In Medicine MMC Azərbaycanda və Cənubi
Qafqazda tibb təşkilatlarının inkişafı, səhiyyənin idarəetməsi, elektron səhiyyə
və tibbi xidmətlərin planlaşdırılması və təkmilləşdirilməsi, tibbi təhsil və təlimin
müasirləşdirilməsi sahəsində geniş təcrübə və ekspertizasını təklif edir.
Təməl Həyata Dəstək Kursu/İlk Yardım - Basic
Life Support (BLS).
Bu kurs tibb və qeyri-tibb işçilərinə, sıravi
vətəndaşlar üçün nəzərdə tutulub. Kursun məqsədi xəstəxanaya qədər, yəni evdə,
küçədə, ictimai yerlərdə, habelə xəstəxanada və ya tibbi müəssisəsində baş verən
ürək dayanması, insult və tənəffüs çatışmazlığı hallarında ilk yardımın göstərilməsini,
tənəffüs yollarının qorunması və keçiriciliyinin təmin edilməsini öyrətməkdir.
Kursda həm böyüklər, həm də uşaq və körpələrdə ilk yardımın əsasları öyrədilir.
Ətraflı məlumat üçün https://ilkyardim.az/ linkinə keçid edə bilərsiniz.
Təkmil Həyata Dəstək Kursu - Advanced
Cardiovascular Life Support (ACLS).
Amerika Ürək Assosiasiyasının Təkmil
Kardiyovaskular Həyat Dəstəyi - ACLS təlimi kursu özündə BLS (Təməl həyata dəstək)
bacarıqlarını və eləcədə komanda şəklində aparılan ilkin reanimasiya və
intensiv terapiya tədbirlərini ehtiva edir.
Ətraflı məlumat üçün https://ilkyardim.az/ linkinə keçid edə bilərsiniz.
Həkim, Orta Tibb Personalı, Tibb Tələbələri və
Rezident-Həkimlər üçün:
AHA, ACLS, BLS və PALS kursları fərdi tibb
işçilərinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, xəstəxanalarda göstərilən
tibbi yardımın keyfiyyəti və klinik nəticələrin yaxşılaşdırılmasına ciddi müsbət
təsir göstərir. Bu kurslarda iştirak təcili və təxirəsalınmaz halların idarə
olunması və komanda işinə dair bir xəstəxana daxili mədəniyyətin
formalaşdırılmasına əhəmiyyətli təsir göstərir.
Ətraflı məlumat üçün https://ilkyardim.az/ linkinə keçid edə bilərsiniz.
Pediatrik Qabaqcıl Həyat Dəstəyi (PALS).
Bu kurs həkimlər, tibb bacıları, tibb bacısı
praktikantları, həkim köməkçiləri, feldşerlər daxil olmaqla tibb mütəxəssisləri
üçün nəzərdə tutulub. Bu kursda tələbələr pediatrik xəstələrin qiymətləndirilməsinə
sistemli yanaşmanı, PALS müalicə alqoritmlərini və uşaqlar üçün effektiv ürək və
ağciyər reanimasiyası üsullarını, o cümlədən uşaq farmakologiyası, pediatrik EKQ
və disritmiyanın idarə edilməsini öyrənirlər.
Ətraflı məlumat üçün https://ilkyardim.az/ linkinə keçid edə bilərsiniz.
AHA BLS Instruktor Kursu:
Tibb və qeyri-tibb müəssisələrində digərlərinə
təməl həyat dəstəyi üzrə kurs keçmək istəyən şəxslər Təməl Həyat Dəstəyi - AHA
BLS İnstruktor Kursunu müvəffəqiyyətlə tamamlamalıdır. BLS İnstruktor Kursunda
iştirakçılara kursun keçirilməsi qaydaları, ürək-ağciyər canlandırılması üzrə dərinləşdirilmiş
bilik və bacarıqlar öyrədilir, inzibati və təşkilati məsələlər izah edilir,
imtahan və qiymətləndirmənin aparılması təcrübəsi aşılanır.
Ətraflı məlumat üçün https://ilkyardim.az/ linkinə keçid edə bilərsiniz.
Jurnal Nəşri
Uptodate In Medicine MMC-nin Jurnal Nəşri xidməti
tibb elmləri sahəsində elmi, elmi-praktik və ya elmi-kütləvi jurnal nəşr etmək
barədə sizə yardımçı olacaqdır.
Akkreditasiya üçün Hazırlığın Təmin Edilməsi
- Təkmilləşdirmə və İnkişaf Planının həyata
keçirilməsi üçün hər bir kateqoriya üzrə standartların hazırlanması və məsul şəxslərin
təyin edilməsi;
- Hər bir kateqoriya üzrə məsul mütəxəssislərə təlimlərin
keçirilməsi;
- Müvafiq təkmilləşdirmə işlərinin aparılması,
daxili sənədləşmə, prosedurlar və digər fəaliyyətlərin standartlara
uyğunlaşdırılması;
- Təkmilləşdirmə və İnkişaf Planının icrasının
superviziyası və monitorinqi;
- Sınaq akkreditasiyanın keçirilməsi;
- Real Akkreditasiyanın təşkili.
Peşəkar və Keyfiyyətli Tərcümə
5 ildən artıq Azərbaycanın tibbi məsləhət və təlim-tədris
sahəsində çalışan Uptodate In Medicine MMC tərəfindən təklif edilən peşəkar tərcümə
xidmətləri öz keyfiyyəti ilə seçilir.
Ölkə daxilində, habelə ABŞ, Rusiya
Federasiyası, Türkiyə, Almaniya və Böyük Britaniyada çalışan 10-dan çox mütəxəssisimiz
tibbi sənədlərin Azərbaycan, İngilis, Rus, Alman və İvrit keyfiyyətli peşəkar tərcüməsini
həyata keçirir.
Şirkətimizin daxili keyfiyyətə nəzarət sistemi
Sizin sənədlərinizin ən yaxşı səviyyədə və beynəlxalq standartlara, o cümlədən,
xarici ölkələrin xəstəxanaları, tibb cəmiyyətlərinin qaydalarına uyğun tərcüməsini
təmin etməyə imkan verir.
Redaktə Xidməti
Uptodate In Medicine MMC-nin Redaktə Xidməti İngilis,
Azərbaycan və Rus dillərində yazılmış materialların peşəkar, keyfiyyətli və sürətli
redaktəsini həyata keçirir. Redaktə işləri tibb elmləri sahəsində çalışan dilin
daşıyıcıları tərəfindən aparılır.
Tibbi Hüquqi Xidmətlər
Peşəkar hüquqşünaslarımız və təcrübəli tibbi
mütəxəssislərimiz bütün hüquqi məsələlərin həllində Sizə yardımçı olmağa
hazırdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının
müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində
fəaliyyət göstərən bütün səhiyyə müəssisə, idarə və təşkilatlarında:
- kargüzarlığın aparılması, kadr işinin təşkili,
müqavilələrin hazırlanması;
- müxtəlif sənədlərin hüquqi ekspertizasının həyata
keçirilməsi;
- əmək münasibətlərinin yaranması, dəyişdirilməsi,
onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının
mühafizəsi sahəsində işçilər və işəgötürənlərin hüquq və vəzifələrini tənzimləyən
normalarla bağlı suallar üzrə məsləhətlərin verilməsi və s.
Keyfiyyət Məqsədimizdir
Müştərilərimiz və tərəfdaşlarımıza ən yaxşı təcrübə
göstərməkdə, ən mükəmməl dəstək verməkdə qərarlıyıq. Akkreditasiyanın əldə
edilməsi və keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək üçün hər
bir tibb müəssisəsinin komandası ilə vəhdət təşkil edərək çalışırıq. ABŞ-ın JCI,
beynəlxalq İSO və digər akkreditasiya standartlarını qazanmaq üçün bizə etibar
edə bilərsiniz.
MDTraining mobil əlavəsi
MDTraining mobil əlavəsinin moderator əlavəsinin
əsas məqsədi kurs və konfrans təşkilatçılarına iştirakçıların qeydiyyatını
aparmaq, qeydiyyatdan keçmiş iştirakçıların qeydiyyatınl yoxlamaq, DTT balı
alacaq iştirakçıların iştiraklarının monitorinqini təmin etməkdir.