AHA Beynəlxalq Təlim Mərkəzi
Həyat naminə Öyrən və Tətbiq et...
UPTODATE IN MEDICINE Sizi Amerika Ürək Assosiasiyasının (AHA - American Heart Association) ACLS, BLS və PALS beynəlxalq sertifikatlaşdırılmış təlim kurslarından keçməyə dəvət edir. Bütün kurslar AHA Beynəlxalq Təlim Mərkəzi (AHA İnternational Training Center) kimi tanınmış Uptodate İn Medicine tərəfindən təşkil olunur. Təlimlər AHA tərəfindən sertifikatlaşdırılmış ACLS, BLS və PALS İnstruktorları tərəfindən keçirilir və iştirakçılara bütün dünyada tanınan və qəbul olunan AHA-nın rəsmi sertifikatları (kartları) verilir.
Uptodate In Medicine tərəfindən keçirilən AHA Beynəlxalq Kursları
Bu kurslara qatılma məqsədi AHA sertifikatının alınması olmamalıdır. Kursdan asılı olaraq, iştirak edənlər AHA-nın kəskin və xronik ürək-damar, beyin-damar və ağciyər xəstəliklərinin ilkin menecmentini öyrənəcək, ürək-damar və beyin-damar hadisələrində farmakoterapiyanın incəliklərinə varacaq, meqakod simulyasiyalar vasitəsilə pasiyentin/zərərçəkmişlərin menecmentində komanda işinə yiyələnəcəkdir.